Bakı. Trend:
Amerikalı aktyor Edrian Broudi, Bredi Korbun rejissoru olduğu “Brutalist” filmindəki ən yaxşı kişi roluna görə ”Oskar” mükafatı qazanıb.
Trend xəbər verir ki, mükafatlandırma mərasimi Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Dolby” teatrında təşkil edilib.
Bütün "Oskar-2025" mükafatları:
- Ən yaxşı köməkçi aktyor - Kiran Kalkin "Gerçək ağrı"
- Ən yaxşı animasiya filmi - "Axın"
- Ən yaxşı qısametrajlı animasiya filmi - "Kiparisin
kölgəsində"
- Ən yaxşı kostyum dizaynları - "Şər: Qərb Cadugərinin Nağılı"
- Ən yaxşı ssenari - "Anora"
- Ən yaxşı adaptasiya olunmuş ssenari - "Konklav"
- Ən yaxşı qrim və saç düzümləri - "Substansiya"
- Ən yaxşı montaj - "Anora"
- Ən yaxşı köməkçi aktrisa - Zoi Saldana "Emiliya Peres"
- Ən yaxşı bədii dizayn - "Şər: Qərb Cadugərinin Nağılı"
- Ən yaxşı musiqi - "El Mal" - "Emiliya Peres"
- Ən yaxşı qısametrajlı sənədli film - "Başqa torpaq yoxdur"
- Ən yaxşı səs - "Dune: ikinci hissə"
- Ən yaxşı vizual effektlər - "Dune: ikinci hissə"
- Ən yaxşı qısametrajlı oyun filmi - "Mən robot deyiləm"
- Ən yaxşı operator işi - "Brutalist"
- Ən yaxşı beynəlxalq film - "Mən hələdə burdayam"
- Ən yaxşı saundtrek - Daniel Blumberq "Brutalist"
- Ən yaxşı kişi aktyor - Edrian Broudi "Brutalist"
- Ən yaxşı rejissor - Şon Beyker "Anora"
- Ən yaxşı qadın aktrisa - Mayki Medison "Anora"
- Ən yaxşı film - "Anora"