...

Günəşdə yeni güclü partlayış qeydə alınıb

Maraqlı Materials 5 Avqust 2025 20:39 (UTC +04:00)
Günəşdə yeni güclü partlayış qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Günəşdə yeni – M sinfinə aid güclü partlayış qeydə alınıb. Bu avqust ayında qeyd alınmış sayca dördüncü belə partlayışdır.

Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında məlumat yayılıb.

İnfoqrafikaya əsasən – Bakı vaxtı ilə 07:00-da (5 avqust) Günəşdə 4168 saylı sahədə M sinfindən olan işartı müşahidə olunub.

Avqustda ilk belə işartı avqustun 3-də qeydə alınmışdı və son bir ayın Günəşdə baş vermiş ən güclü partlayışı olmuşdu – gücü M2,9 bala çatmışdı. Növbəti iki partlayış isə М1.4 və М.2.0 gücündə olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti