Azərbaycan, Bakı, / Trend , müxbir/ S.Ağayeva/ Qafqazda "dondurulmuş münaqişələr" olmamalıdır, bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır. Bu barədə bazar ertəsi Bakıda Estoniyanın xarici işlər naziri Urmas Paet bəyan edib.
"Ermənistan-Azərbaycan, Gürcüstan-Abxaziya", Gürcüstan-Osetin, həmçinin, Dnestryanı münaqişələri çox həssasdır və ölkələrin inkişfına mane olur" - deyə nazir bildirib.
"Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Estoniyanın mövqeyi münaqişənin, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllindən ibarətdir" - deyə XİN rəhbəri bildirib.