...

Xocalı soyqırımı ilə bağlı sənədlər toplusu hazırlanır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Dekabr 2007 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan parlamenti Xocalı soyqırımı ilə bağlı sənədlər toplusu hazırlayaraq, beynəlxalq təşkilatlara göndərəcək. Bu barədə bazar ertəsi Trend ə Xocalı şəhərindən olan millət vəkili Elman Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Milli Məclisdə yaradılmış Xocalı Komissiyası soyqırımı əks etdirən, onun tarixinə dair sənədləri, həmçinin, Xocalı sakinlərinin, ölkə prezidentinin, ayrı-ayrı qurumların beynəlxalq təşkilatlara göndərdiyi, hüquqi cəhətdən əsaslandırılmış müraciətlər, bəyanatlar toplanılır: "Bütün sənədlər bir qədər də təkmilləşdriləcək və daha tutarlı formada beynəlxalq qurumlara, insan hüquqlarını müdafiə təşkilatlarına ünvanlanacaq" - deyən millət vəkili əlavə edib ki, Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar, xarici ölkələrdə silsilə tədbirlər keçiriləcək. Onun sözlərinə görə, xaricdəki tədbirlərə Azərbaycan diasporu ilə yanaşı, Türkiyə Cümhuriyyəti də dəstək verəcək.

Gələn il fevralın 26-da ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının 16 ili tamam olur.

Xəbər lenti

Xəbər lenti