...

Aİ əmindir ki, Azərbaycanda və Ermənistanda prezident seçkisi DQ üzrə sülh razılaşması əldə edilməsinə təsir göstərməyəcək – Aİ prezidenti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2008 17:24 (UTC +04:00)
Aİ əmindir ki, Azərbaycanda və Ermənistanda prezident seçkisi DQ üzrə sülh razılaşması əldə edilməsinə təsir göstərməyəcək – Aİ prezidenti

Azərbaycan, Bakı, 04 fevral / Trend , / " müxbir S.Ağayeva / Aİ əmindir ki, Azərbaycanda və Ermənistanda prezident seçkisi Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının əldə edilməsinə mənfi təsir etməyəcək,-- bazar ertəsi Bakıda Aİ prezidenti, Sloveniyanın XİN başçısı Dmitri Rupel deyib.

"Aİ Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair aparılan danışıqlar prosesini diqqətlə izləyir və tərəflərin əldə etdikləri hər bir razılaşma, münaqişəni həll etmək üçün bizi ruhlandırır", - Rupel deyib.

Onun sözlərinə görə, Aİ münaqişənin müharibə yolu ilə həll edilməsini tamamilə istisna edir.

"Tərəflər başa düşməlidirlər ki, münaqişənin həll olunması bütün regionun inkişafına gətirəcək", - Aİ-nin Xarici Əlaqələr üzrə komissarı Benita Ferrero Valdner jurnalistlərə deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti