Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir Ş.Cəliloğlu/ Ötən gecə cəbhənin Ağdam istiqamətində atəşkəsin pozulması nəticəsində Azərbaycan Milli Ordusunun daha bir əsgəri şəhid olub. Sabunçu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılan 20 yaşlı Qurbanov Arzuman Ramiz oğlu baş nahiyyəsindən aldığı güllə yarasından yerindəcə keçinib.
Azərbaycan Milli Ordusu daha çox itkiyə Ağdamın Yusifcanlı ərazisində məruz qalır, sonuncu hadisə də məhz həmin ərazidə baş verib.
Hadisə ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, fakt araşdırılacaq və əlavə məlmat veriləcək.