...

AŞ-nın Dağlıq Qarabağla bağlı Alt Komitəsində görüşlər gözlənilmir – Səməd Seyidov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 İyun 2008 13:41 (UTC +04:00)
AŞ-nın Dağlıq Qarabağla bağlı Alt Komitəsində görüşlər gözlənilmir – Səməd Seyidov

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli/ Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkisinə qədər Avropa Şurasında Dağlıq Qarabağla bağlı Alt Komitənin çərçivəsində Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü gözlənilmir.

"İnanmıram ki, hal-hazırda, xüsusilə də Azərbaycanda prezident seçkiləri ərəfəsində hər hansı görüş olsun", - deyə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün Strasburqda jurnalistlərə bildirib.

Seyidov bildirib ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin tərkibi hələ təsdiqlənməyib: "Azərbaycan bununla bağlı məktublarını göndərib, Ermənistan tərəfindən isə bu ölkədə gedən proseslərlə bağlı Komitə hələ tam formalaşmayıb", - deyən Seyidov əlavə edib ki, Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ məsələsini həmişə gündəmdə saxlayır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

İyunun 23-dən 27-dək Avropa Şurası Parlament Assambleyasının yay sessiyası keçiriləcək. Sessiya dövründə Azərbaycanla bağlı iyunun 24-də, Ermənistanla bağlı 25-də müzakirələr aparılacaq.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti