...

Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır - iordaniyalı general

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 İyul 2008 14:52 (UTC +04:00)
Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır - iordaniyalı general

Azərbaycan, Bakı,17 iyul / Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmayacağı təqdirdə Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır.

Trend-News-un məlumatına görə, bu fikirləri Azərbaycanda iki günlük rəsmi səfərdə olan İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Xalid Cəmil əl-Sarayrah cümə axşamı müdafiə naziri Səfər Əbiyevlə görüşü zamanı deyib.

Azərbaycanın müdafiə naziri Əbiyev regiondakı hərbi-siyasi vəziyyət barədə qonağa məlumat verib.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk Qrupunun 15 ildən artıq apardığı fəaliyyətin konkret nəticə vermədiyini vurğulayan Əbiyev bildirib ki, münaqişənin dinc yolla həlli istiqamətində bir nəticə əldə olunmazsa, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün ciddi tədbirlərə əl ata bilər.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk Qrupu yaradılıb, 1997-ci ildən Minsk Qrupunda üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti