...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2008 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 7-də saat 13.20-dən 13.30-dək, 18.45-dən 18.55-dək və 19.55-dən 20.05-dək Ermənistan Respublikası Berd rayonu Ayqepar kəndi, İcevan rayonu Azatamut və Berkaber kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 12.05-dən 12.35-dək, 18.30-dan 19.00-dək, 19.25-dən 21.25-dək fasilələrlə Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Göyarx, Çaylı, Seysulan və Yarımca kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 19.50-dən 20.10-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Məzəmli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.50-dək Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.25-dən 23.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti