...

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar "3+3" formatı üzrə keçiriləcək – amerikalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Oktyabr 2008 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir A.Qasımova/ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar "3+3" formatı üzrə keçiriləcək. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin noyabrın 2-də Moskvada keçirilməsi nəzərdə tutulan görüşü ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərinin iştirakı ilə keçəcək, - amerikalı həmsədr Metyu Brayza cümə günü İstanbuldan telefonla Trend -a bildirib.

Həmsədrlər Moskvaya RF prezidenti Dmitri Medvedyevin dəvəti ilə gələcəklər. Azərbaycan və Ermənistan prezidentlərinin görüşü RF prezidentinin təşəbbüsü üzrə keçirilir.

Bu gün Moskvada üç ölkənin xarici işlər nazirlərinin görüşü keçirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti