...

Ermənistan və Rusiya Dağlıq Qarabağ münaqişəsinin real həllinə hazır olduqlarını bəyan etməlidir - amerikalı ekspert

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Dekabr 2008 13:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 dekabr/ Trend , müxbir R.Novruzov/ Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə amerikalı ekspert, Mərkəzi Asiya və Qafqaz İnstitutunun (Central Asia - Caucasus Institute) rəhbəri Frederik Star (S.Frederick Starr) hesab edir ki, Ermənistan və Rusiya Dağlıq Qarabağ münaqişəsinin real həlli üçün Azərbaycan ilə danışıqlara hazır olduqlarını bəyan etməlidirlər.

"Rusiyanın əvvəldən bu münaqişənin təşəbbüsçüsü kimi çıxış etməsi, sonradan münaqişənin həlli üzrə vasitəçiyə çevrilməsi, ən azı təəccüblüdür", - deyə cümə günü Bakıda Trend -a Star bildirib.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Amerikalı politoloq ATƏT-in Minsk Qrupunun fəaliyyətini həmsədr ölkələr - Rusiya və ABŞ arasında fikir ayrılığının olması səbəbindən səmərəsiz olduğunu hesab edir.

Ekspert Rusiyanın fəal iştirakı ilə münaqşə tərəfləri arasında danışıqlar prosesində canlanma və məhz Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin "Moskva bəyannaməsi"ni imzalamasını Rusiyanın "ABŞ-dan üstün olduğunu göstərmək" cəhdi kimi qiymətləndirir.

Noyabrın 2-də, Mayn Dorf sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri - İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev arasında keçirilən üçtərəfli görüşün yekununda bəyannamə imzalanıb. Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri Qafqazda vəziyyətin stabilləşdirilməsi üzərində birgə işləmək barədə razılıq əldə ediblər.

Xəbər lenti

Xəbər lenti