...

ATƏT bu il ilk dəfə olaraq Azərbaycan və Ermənistanın qoşunlarının tsəmas xəttində monitorinq keçirilməyi planlaşdırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2009 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K.Zərablıyeva/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu il ilk dəfə olaraq qoşunların təmas xəttində monitorinq keçirilməsi nəzərdə tutulur.

Yanvarın 14-də Azərbaycanın Tərtər və Ağdərə rayonları arasında yerləşən yoldakı (Tərtər rayonu) qoşunların təmas xəttində monitorin keçiriləcək, bazar ertəsi Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre palatinus və Vladimir Çountulov keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Antal Şerdiç və İrci Aberlr keçirəcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz sülh danışıqları aparılır.

.Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]        

Xəbər lenti

Xəbər lenti