...

Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində həmişə beynəlxalq hüquq normalarına arxalanıb - XİN

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2009 14:02 (UTC +04:00)
Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində həmişə beynəlxalq hüquq normalarına arxalanıb - XİN

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir E.Rüstəmov/ "Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində həmişə beynəlxalq hüquq normalarına arxalanıb və bunu davam etdirəcək", - cümə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim deyib.

"Bu, BMT Baş Assambleyasının bütün beynəlxalq sənəd və müddəalarında öz əksini tapıb", - İbrahim bildirib.

2008-ci ildə Azərbaycan xarici işlər nazirinin tapşırığı ilə, BMT Baş katibinə iki sənəd təqdim olunub. Bu sənədlər müvafiq olaraq "Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzünün hüquqi nəticələri haqda məruzə" və "Dövlətlərin ərazi bütövlüyü haqda başlıca normalar və Ermənistanın təftiş iddiaları nöqteyi-nəzərindən öz müqəddəratını təyinetmə hüququ barədə məruzə" adlanır. Birinci məruzə iki məsələni nəzərdə tutur: Ermənistan Azərbaycana qarşı Dağlıq Qarabağ regionunda hərbi hücum həyata keçiribmi, eləcə də Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq Ermənistandan qorunmaq üçün özünümüdafiə hüququndan yararlana bilərmi. İkinci məruzə dövlətlərin ərazi bütövlüyü konsepsiyasını, xalqların öz müqəddəratını təyinetmə prinsipinin statusu və təkamülü, həmçinin Dağlıq Qarabağla bağlı erməni iddialarının xarakterinin nəzərdən keçirir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

"Azərbaycanın mövqeyi münaqişənin beynəlxalq hüquq normaları əsasında həll edilməsindən ibarətdir", - XİN-in mətbuat katibi qeyd edib.

"Münaqişənin hərbi yolla həlli məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, məhz Ermənistan buna can atırdı və bu gün səylərində davam edir. Həmsədrlərin münaqişənin sülh yolu həll olunması haqda bəyanatı Ermənistana yönəldilməlidir ki, bu ölkə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxartsın", - mətbuat katibi İbrahim əlavə edib.

ATƏT-in Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sabit həlli yollarının ən əsas elementlərindən biri kimi məhz güc tətbiq olunmamasını hesab edir. ATƏT-in saytında, cümə axşamı yerləşdirilmiş birgə bəyanatda həmsədrlər qeyd edirlər ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllini görmürlər.

"Minsk Qrupu həmsədrləri sülh prosesinin tarixi və ya hüquqi diskussiyalar zamanı pozulmasına yol verməyəcəklər. Lakin onlar münaqişə tərəflərinin bildirdikləri tarixi narahatlıqlara hissiyyatlı yanaşacaqlar. Bütün bunlar müəyyən olunmuş qaydada nəzərdən keçirilməlidir", - bəyanatda deyilir.

Xəbər lenti

Xəbər lenti