...

Gələcəkdə ermənilərin və azərbaycanlıların sülh şəraitində birgə yaşamalarının təmin olunması imkanlarını dəqiqləşdirmək lazımdır - Minsk Qrupunun fransalı həmsədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2009 14:13 (UTC +04:00)
Gələcəkdə ermənilərin və azərbaycanlıların sülh şəraitində birgə yaşamalarının təmin olunması imkanlarını dəqiqləşdirmək lazımdır - Minsk Qrupunun fransalı həmsədri

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir E.Rüstəmov /

"Gələcəkdə ermənilərin və azərbaycanlıların sülh şəraitində birgə yaşamalarının təmin olunması imkanlarını dəqiqləşdirmək lazımdır", - Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupu həmsədrləri hesab edirlər.

"Ermənilər və azərbaycanlılar Azərbaycan və Ermənistan arasındakı müharibəyə qədər Dağlıq Qarabağda yaşayıblar və indi onların gələcək həyatlarını təşkil etmək lazımdır", - çərşənbə axşamı Bakıya səfərə gələn ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasye jurnalistlərə bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər вə о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ - ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır. 

Minsk Qrupu vasitəçiləri Bakıya bu gün, rəsmi Bakı ilə danışıqların davam etdirilməsi üçün gəliblər. Buna qədər onlar Xankəndi və Yerevanda olublar.

Xəbər lenti

Xəbər lenti