...

Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT MQ-nin uğursuz fəaliyyətindən narazıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyun 2009 13:01 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT MQ-nin uğursuz fəaliyyətindən narazıdır

Azərbaycan, Bakı, 05 iyun / Trend , müxbir C.Babayeva /

"Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT MQ-nin uğursuz fəaliyyətindən narazıdır. "ATƏT-in həmsədrləri son zamanlar qeyri-ciddi bəyanatlar verir və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşmürlər", - "Dağlıq Qarabağın azərbaycanlı icmasısı" İctimai Birliyinin qurultayında Şuşa rayonu İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb.  1992-1993 - cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 - cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о вaхtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya,  Fransa вə ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Cümə günü Bakıda "Dağlıq Qarabağın azərbaycanlı icmasısı" İctimai Birliyinin birinci qurultayı keçirilir, təşkilati məsələlər, həmçinin struktur islahatları müzakirə olunur. Azərbaycanlı icmasında 65 min nəfər təmsil olunur.

Səfərovn sözlərinə görə, Minsk Qrupu indiyə qədər münaqişə tərəflərini fərqləndirmir. "Azərbaycanlı icması artıq ATƏT MQ-nin regiona səfərlərindən heç bir müsbət nəticə gözləmir. Nə qədər ki, MQ münaqişə tərəflərinə eyni səviyyədə baxacaq, problemin ədalətli həllindən söhbət gedə bilməz", - icma sədri deyib.

"Dünya ictimaiyyətinin Ermənistanın işğalçı siyasətinə münasibəti təəssüf doğurur", - o bildirib.

"Ermənistan, beynəlxalq hüququn bütün normalarını pozaraq azərbaycanlılara münasibətdə amansızlıq nümayiş etdirir və Azərbaycanın işğal olunmuş ərazilərində tarixi və mədəni abidələri dağıdır. Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın işğalçı siyasətinə göz yumur", - o deyib.

Səfərovun sözlərinə görə, Azərbaycan Prezidentinin mövqeyi ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi üst-üstə düşür. "İcma münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti