...

Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əvvəlki davranış xəttini saxlamalıdır - Karlton Univesitetinin eksperti

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Avqust 2009 13:43 (UTC +04:00)
"Sülh yolu ilə həllə nail olmaq üçün Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində eyni strateji xətti saxlamalıdır", - Avrasiya ölkələri üzrə aparıcı ekspert, doktor Robert Katler deyib.
Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əvvəlki davranış xəttini saxlamalıdır - Karlton Univesitetinin eksperti

ABŞ, Vaşinqton, 01 avqust / Trend , müxbir N.Boqdanova /

"Sülh yolu ilə həllə nail olmaq üçün Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində eyni strateji xətti saxlamalıdır", - Avrasiya ölkələri üzrə aparıcı ekspert, doktor Robert Katler deyib.

"Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesində Azərbaycan əvvəllər tutduğu prinsipial strateji xətti saxlamalıdır", - Trend -a müsahibəsində Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları institutunun böyük elmi işçisi, doktor Katler bildirib.

"Əvvəlki davranış xəttini davam etdirməklə Azərbaycan danışıqlarda ortaya çıxan spesifik anlarda öz maraqlarına xidmət edən taktiki kompromislərə getməlidir", - o əlavə edib.

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tələb edir.

Cəbhə xəttindəki snayperlərin çıxarılması barədə ATƏT-in Minsk qrupunun bəyanatı ilə bağlı Katler deyib ki, bu, yalnız Ermənistan tərəfinin Azərbaycan ərazilərini mütəmadi atəşə tutmasını dayandırması zamanı səmərəli ola bilər.

"İşğal olunmuş ərazilərdəki silahlı qoşunlar həqiqətən də azərbaycanlı əsgərlərə atəş açmaqdan əl çəksələr və buna cavab olaraq Azərbaycan da eyni addımı atsa yaxşı olardı", - o qeyd edib.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında razılıq əldə olunsa da, bu rejim erməni silahlı qüvvələri tərəfindən mütəmadi olaraq pozulur.

Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında müzakirəsi ehtimalını xatırladan doktor Katler bildirib ki, "Son zamanlar BMT "Qafqazda dondurulmuş münaqişələrin həllinə konstruktiv töhfə verə bilməyib. Ancaq bu yalnız BMT-nin günahı deyil, hadisələrin gedişi belədir".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti