...

ATƏT tərəfindən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2009 12:34 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə axşamı Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə Trend News-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
ATƏT tərəfindən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , müxbir C.Babayeva /

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, çərşənbə axşamı Azərbaycanın Tərtər rayonunun Qapanlı kəndinin cənub-şərqindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz ötüşüb. Bu barədə çərşənbə günü Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki, Caslan Nurtazin və polkovnik-leytenant İmre Palatinus keçiriblər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İrci Aberle və Vladimir Çontulov keçiriblər.

Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti