Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir K.Zərbalıyeva /
Ermənistan Silahlı Qüvvələrinin bölmələri sentyabrın 16-da saat 12.15-dən 12.20-dək Ermənistan Respublikasının İcevan rayonunun Azatamurt kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi, saat 12.10-dan 12.20-dək Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 19.15-dən 20.00-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bütün hallarda düşmən cavab atəşilə susdurulub.
İtki yoxdur.