...

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar hələ əsas prinsiplərin bazasında aparılır – Azərbaycanın XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Oktyabr 2009 14:49 (UTC +04:00)
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar hələ əsas prinsiplərin bazasında aparılır. Bu barədə cümə axşamı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar hələ əsas prinsiplərin bazasında aparılır – Azərbaycanın XİN rəhbəri

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar hələ əsas prinsiplərin bazasında aparılır. Bu barədə cümə axşamı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Onun sözlərinə görə, oktyabrın 26-da Lüksemburqda səhər yeməyi zamanı Gürcüstanın xarici işlər naziri və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə Ermənistanın XİN rəhbəri Edvard Nalbandyanla görüşü olub. Nazir deyib ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri arasında təkbətək görüşü olmayıb.

Məmmədyarov deyib ki, görüşdə iki ölkə XİN rəhbərləri vasitəçilərlə həmsədrlərin yeni təkliflərinin şərtlərini müzakirə ediblər.

O əlavə edib ki, noyabrın əvvəlində ATƏT-in Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri danışıqlar prosesinin davam etdirilməsi üçün regiona gələcəklər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti