...

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun regiona səfəri gözlənilmir – rusiyalı həmsədr

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2009 15:56 (UTC +04:00)
Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırmır. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov Trend News-a bildirib.
Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun regiona səfəri gözlənilmir – rusiyalı həmsədr

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir E.Tariverdiyeva/

Yaxın zamanlarda ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməyi planlaşdırmır. Bu barədə rusiyalı həmsədr Yuri Merzlyakov Trend -a bildirib.

"Minsk qrupunun həmsədrləri regiona səfər etməyə hazırlaşmır, səfər tarixi hələlik razılaşdırılmayıb", - Merzlyakov Moskvadan telefonla deyib.

Daha əvvəllər ATƏT-in Minsk qrupunun yaydığı press-relizdə deyilirdi ki, Bakıda və Yerevanda hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əsas prinsipləri üzrə razılaşma yolunda gələcək irəliləyişlərin əldə edilməsi üçün müzakirələrə davam etməyə hazır olduqlarını təsdiq ediblər.

Merzlyakovun sözlərinə görə, prezidentlər İlham Əliyev və Serj Sarkisyanın görüş yeri və tarixi noyabrın sonunadək məlum olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti