...

Afinada Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2009 19:50 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat çərşənbə axşamı Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində qəbul edilib.
Afinada Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat qəbul edilib

Yunanıstan, Afina, 01 dekabr / Trend , müxbir E.Hüseynov/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanat çərşənbə axşamı Afinada ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının 17-ci iclası çərçivəsində qəbul edilib.

Bəyanat Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, həmçinin Fransa, Rusiya XİN rəhbərlərinin və ABŞ-ın dövlət katibi müavininin görüşünün yekunu üzrə qəbul edilib.

Bəyanatda nizamlanmanın baza prinsiplərinin razılaşdırılması üzrə Azərbaycan və Ermənistan rəhbərliklərinin səylərinə dəstək göstərilməsi ifadə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti