...

ABŞ Prezidenti dünyada sülhün və təhlükəsizliyin bərpa olmasına öz töhfəsini senatın qərarına veto qoymaqla göstərəcək - vitse-spiker

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Dekabr 2009 13:34 (UTC +04:00)
"Barak Obamanın nə dərəcədə Nobel sülh mükafatına layiq olduğunu bu addımı ilə görə bilərik", - deyə Bahar Muradova cümə günü jurnalistlərə bildirib.
ABŞ Prezidenti dünyada sülhün və təhlükəsizliyin bərpa olmasına öz töhfəsini senatın qərarına veto qoymaqla göstərəcək - vitse-spiker

Azərbaycan, Bakı, 18 dekabr / Trend , K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin vitse-spikeri ümid edir ki, ABŞ Prezidenti dünyada sülhün və təhlükəsizliyin bərpa olmasına öz töhfəsini senatın qərarına veto qoymaqla göstərəcək.

"Barak Obamanın nə dərəcədə Nobel sülh mükafatına layiq olduğunu bu addımı ilə görə bilərik", - deyə Bahar Muradova cümə günü jurnalistlərə bildirib.

ABŞ Konqresi Senat və Nümayəndələr Palatasının 2010-cu maliyyə ili üçün yardımlara dair qanun layihəsini təsdiqləyib və buna əsasən, Dağlıq Qarabağa yardım göstərmək üçün 8 milyon dollar ayrılacaq. Bundan əlavə, Qarabağda proqram həyata keçirmək üçün istənilən məhdudiyyətlər götürülüb.

ABŞ seperatçı Dağlıq Qarabağ əhalisinə artıq 10 ildən artıqdır ki, böyük maliyyə yardımı ayırır, lakin bu o demək deyil ki, Birləşmiş Ştatlar gələcəkdə onun müstəqilliyini mütləq tanımaq niyyətindədir.

Muradovanın sözlərinə görə, danışıqların indiki mərhələsində ABŞ senatının Dağlıq Qarabağa yardım ayırması barədə qərarı separatşı rejimi ruhlandırır, ona öz mövqeyindən geri çəkilməməyə rəvac verir.

"Bu, separatçı rejimə nəfəs verən addımdır. Təcavüzkarı qınamaq əvəzinə, onun inkişafına şərait yaradılması deməkdir. Bu yardım hərbi yardım olmasa da, ayrılan vəsait həm Dağlıq Qarabağ separatçılarının, həm də Ermənistanın hərbi sahəyə daha çox diqqət yetirməsinə şərait yaradacaq", - deyə Muradova bildirib.

Vitse-spiker ABŞ senatının məlum qərarını Azərbaycan ilə Amerika arasındakı münasibətlərin ruhuna uyğun olmadığını vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti