...

Dağlıq Qarabağın sadə erməni əhalisi Azərbaycanın tərkibində yaşamağı arzulayır - Bayram Səfərov

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Mart 2010 10:56 (UTC +04:00)
Dağlıq Qarabağın sadə erməni əhalisi Azərbaycanın tərkibində yaşamağı arzulayır. Bunu cümə axşamı Trend News-a Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.
Dağlıq Qarabağın sadə erməni əhalisi Azərbaycanın tərkibində yaşamağı arzulayır - Bayram Səfərov

Azərbaycan, Bakı, 4 mart / Trend , müxbir T.Hacıyev/

Dağlıq Qarabağın sadə erməni əhalisi Azərbaycanın tərkibində yaşamağı arzulayır. Bunu cümə axşamı Trend -a Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirib.

"Onların çox maddi çətinlikləri var. 5-3 faiz yaxşı yaşaya bilir. Qalan insanlar əziyyət çəkirlər. Onlar bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpaqlarıdır və əvvəl-axır əsl sahibinə qaytarılacaq. Mən inanıram ki, 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dönüş ili olacaq", - Səfərov əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Səfərov deyib ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa daxil olan xarici, o cümlədən Ermənistan vətəndaşları Azərbaycan Respublikasının dövlət sərhəddini pozmuş hesab olunur və bu şəxslər barəsində müvafiq ölçü götürülməlidir.

Xəbər lenti

Xəbər lenti