...

Azərbaycanın Şuşa şəhəri haqqında yeni sayt istifadəyə verilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 May 2010 12:42 (UTC +04:00)
Artıq "İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.
Azərbaycanın Şuşa şəhəri haqqında yeni sayt istifadəyə verilib

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Hüseynbala/

"İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Şuşa haqqında yeni saytı istifadəyə verib. Bu barədə birliyin şənbə günü yaydığı məlumatda qeyd olunub.

Sayt haqqında daha ətraflı öyrənmək üçün www.myshusha.wordpress.com adresinə baxmaq lazımdır.

Artıq "İrəli" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edib.

Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 18 il ötür. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə başa çatan əməliyyat keçirib. Şəhərin kütləvi şəkildə artilleriya atəşinə tutulması mayın 8-də səhər saat 6-dək davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın əvvəldən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.

Şuşada dövlət tərəfindən qorunan 248 tarixi abidə, 8 muzey, bir rəsm qalereyası, bir məqbərə, 8 musiqi məktəbi, onlarca mədəniyyət obyekti işğal altında qalıb.

Xəbər lenti

Xəbər lenti