...

Türkiyə ədalətli mövqedən çıxış edir – Azərbaycan deputatı Qənirə Paşayeva

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 May 2010 17:19 (UTC +04:00)
Türkiyə hər zaman ədalətli mövqedən çıxış edib və həmişə Azərbaycanın yanında olub. Bunu Pekində Ümumdünya qadınlar forumunda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Türkiyənin Cihan agentliyinə müsahibəsində deyib.
Türkiyə ədalətli mövqedən çıxış edir – Azərbaycan deputatı Qənirə Paşayeva

Türkiyə hər zaman ədalətli mövqedən çıxış edib və həmişə Azərbaycanın yanında olub. Bunu Pekində Ümumdünya qadınlar forumunda iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva Türkiyənin Cihan agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür və digər üzv ölkələrdən fərqli olaraq, Ankara təşkilat qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hələ də nəticəsiz sülh danışıqları aparılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti