Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini yenə də pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 27-də saat 07:40-dan 08:15-dək, saat 16:10-dan 16:40-dək, saat 18:25-dən 18:40-dək, saat 20:40-dan 20:50-dək, iyunun 28-də saat 03:00-dan 03:55-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Gülüstan və Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, iyunun 27-də saat 19:30-dan 19:35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 28-də saat 01:40-dan 02:00-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12:00-dan 12:15-dək, saat 22:35-dən 22:50-dək, iyunun 28-də saat 03:00-dan 03:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.