...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki gün ərzində 9 dəfə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 İyul 2010 10:31 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 08:15-dən 08:35-dək, saat 12:15-dən 12:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən... Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki gün ərzində 9 dəfə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 2-də saat 08:15-dən 08:35-dək, saat 12:15-dən 12:25-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən; saat 23:30-dan 23:45-dək Ağdam rayonunun Sarıcalı və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən; saat 17:30-dan 17:45-dək, iyulun 3-də saat 03:00-dan 03:30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı, Qorqan və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərdən; iyulun 3-də saat 04:15-dən 04:45-dək Tərtər rayonunun Ciləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən; iyulun 2-də saat 17:05-dən 17:30-dək, iyulun 3-də saat 04:00-dan 04:15-dək, saat 05:00-dan 05:15-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti