...

Azərbaycanda Ağdərə haqqında yeni sayt istifadəyə verildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyul 2010 15:06 (UTC +04:00)
Azərbaycanda Ağdərə haqqında yeni sayt istifadəyə verildi
Azərbaycanda Ağdərə haqqında yeni sayt istifadəyə verildi

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdərə haqqında yeni sayt/bloq istifadəyə verib, - bu barədə məlumatı çərşənbə günü birliyin mətbuat xidməti yayıb.

Sayt/bloq haqqında daha ətraflı məlumat almaq üçün http://myaghdara.wordpress.com/ ünvanına baxmaq olar.

"İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi bu ilin sonuna qədər Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə verəcək. Bu bloqların yaradılması "Mənim Qarabağım! Mənim Azərbaycanım" devizi altında həyata keçirilir.

Artıq İRƏLİ" İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycan həqiqətlərinin dünyaya təbliği üçün 10-dan artıq bu qəbildən olan layihəyə müəlliflik edir.

Bu günə qədər artıq Şuşa və Laçın haqqında bloqlar istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti