...

Azərbaycanda ötən ay 3887 mina və PHS zərərsizləşdirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Avqust 2010 14:36 (UTC +04:00)
Ötən ay ərzində Azərbaycanda 3035564 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib.
Azərbaycanda ötən ay 3887 mina və PHS zərərsizləşdirilib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Ötən ay ərzində Azərbaycanda 3035564 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən cümə axşamı Trend-ə bildirilib.

Əməliyyatlar nəticəsində 3887 mina və PHS aşkar edilərək zərərsizləşdirilib. İyul ayı ərzində 22 ədəd tankəleyhinə və 4 ədəd piyadaəleyhinə mina tapılıb.

Əməliyyatlarda 425 mütəxəssis və 115 nəfərdən ibarət yardımçı heyət, həmçinin, 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir.

Ümumilikdə, indiyədək agentlik tərəfindən 138 462 505 kvadratmetr ərazi təmizlənib, 621 964 mina və PHS aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Beyləqan, Gədəbəy, Goranboy, Göy göl, Tərtər, Füzuli və Bakı şəhəri, Qaradağ rayonu ərazisində aparılır.

Beyləqan Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən agentlik tərəfindən Beyləqan rayonunda yerləşən şirə zavodunun ərazisində təmizləmə əməliyyatları həyata keçirilir. Əməliyyatlar ANAMA-nın çevik əməliyyatı qrupu tərəfindən beynəlxalq minatəmizləmə standartlarına uyğun olaraq həyata keçirilir.

1994-cü ildə şirə zavodu ərazisində yerləşən hərbi sursat anbarında baş vermiş partlayış nəticəsində zavodun binası dağıdılıb və çoxlu sayda mina və hərbi sursatlar dağıntılar altında qalıb.

İyul ayında mina partlayışı hadisəsi qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti