...

ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Sentyabr 2010 16:59 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün regiona səfəri çərçivəsində Yerevana gələn ATƏT Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Bu barədə "Armenia Today" saytı məlumat verir.
ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan XİN başçısı ilə görüşüblər

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün regiona səfəri çərçivəsində Yerevana gələn ATƏT Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradtke, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Bu barədə "Armenia Today" saytı məlumat verir.

Ermənistan XİN mətbuat xidmətinin məlumatına görə, həmsədrlər bundan əvvəl Bakıda və Xankəndidə keçirilən müzakirələrin nəticələrini Edvard Nalbandyana təqdim ediblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti