...

AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2010 21:35 (UTC +04:00)
Bu gün AŞ PA-nın payız sessiyasının ikinci iş günündə Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasına dair qurumdakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilib.
AŞ PA-da Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü olub

Fransa, Strasburq, 5 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Bu gün AŞ PA-nın payız sessiyasının ikinci iş günündə Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpasına dair qurumdakı Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilib.

Görüş AŞ PA sədri Mevlüt Çavuşoğlunun təşəbbüsü ilə keçirilib və görüşə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Sabir Hacıyev də qatılıb. Ermənistan tərəfindən isə görüşdə nümayəndə heyətinin rəhbəri David Harutunyan və nümayəndə heyəti rəhbərinin müavini Armen Rustamyan iştirak edib.

Bundan əlavə, iki ölkənin parlamentarilərinin görüşündə AŞ PA-nın baş katibi Matias Sorinas da iştirak edib.

Görüşün sonunda Azərbaycanın AŞ PA -da nümayəndə heyətinin sədri Səməd Seyidov jurnalistlərə bildirib ki, görüşdə  bu cür təmasların davam etdirilməsi qərarına gəlinib. Qərara alınıb ki, nümayəndə heyətləri arasında oktyabrın 7-də növbəti görüş keçirilsin. Bundan sonra məsələ ilə bağlı mətbuata məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti