...

Dağlıq Qarabağ məsələsinin həlli Ermənistanın maraqlarına uyğun gəlmir - TÜRKSAM-ın direktoru

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2010 09:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxb. İ.Hüseynov/

Dağlıq Qarabağ məsələsinin həlli, o cümlədən Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların həyata keçirilməsi Ermənistanın maraqlarına uyğun gəlmir, bunu TÜRKSAM-ın direktoru və Türkiyə-Azərbaycan Dərnəyinin (TAD) sədri Sinan Oğan Dünya Türk Forumunun ikinci gunundə öz çıxışında bildirib. Bu barədə bazar ertəsi Trend-ə Diasporla iş üzrə dövlət komitəsinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Dünya Türk Forumu İstanbulda 20-22 oktyabr tarixlərində keşirilib. 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələri forumda iştirak edib.

"Ermənistan və erməni diasporu 2015-ci il qondarma "erməni soyqırımı"nın 100 illiyini qeyd etməyə hazırlaşırlar. Ona görə də onlar hər bir imkanlarından istifadə edib Qarabağ münaqişəsinin həllini əngəlləmək istəyirlər", Oğan deyib.

Onun sözlərinə görə, bu münaqişə həll olunsa, erməni-türk münasibətləri də normallaşmağa başlayacaq.

"Bu zaman dünya ermənilərə "artıq sizin probleminiz çözüldü" deyəcək, 100 illik "yazıq, əzilmiş xalq" psoxologiyasının, imicinin sonu çatacaq", Oğan qeyd edib.

Sinan Oğanın fikrincə, uydurduqları yalanın 100 illiyini qeyd etmək istəyən ermənilər qarşıdakı 4 ildə də qondarma "soyqırım"ı dünyaya qəbul etdirmək üçün əllərindəki imkanlardan hər cür istifadə etməyə cəhd göstərəcəklər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin varisi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Dünya ölkələrində təbliğatı gücləndirən ermənilər bəzi dövlətlərin parlamentləri tərəfindən qondarma erməni soyqırımının tanınmasına nail olublar.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/1771449.html

http://az.trend.az/news/politics/1771264.html

http://az.trend.az/news/politics/1771281.html

http://az.trend.az/news/society/1770126.html

http://az.trend.az/news/society/1769966.html

http://az.trend.az/news/politics/1768183.html

http://az.trend.az/news/karabakh/1763854.html

http://az.trend.az/news/society/1767513.html

http://az.trend.az/news/society/1767208.html

http://az.trend.az/news/society/diaspora/1766801.html

http://az.trend.az/news/society/diaspora/1764515.html

http://az.trend.az/news/society/diaspora/1764255.html

http://az.trend.az/news/society/diaspora/1763034.html

http://az.trend.az/news/society/diaspora/1763005.html

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti