...

Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Mart 2011 10:25 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, erməni hərbçiləri martın 2-də saat 13:20-dən 13:40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19:30-dan 19:35-dək və martın 3-də 05:00-dan 05:15-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Vozaşen kənlərindən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızıl Hacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti