...

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir - BMT-nin qaçqınlar üzrə ali komissarı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2011 16:56 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir - BMT-nin qaçqınlar üzrə ali komissarı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 19 may /Trend/

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət qəbuledilməzdir. Bunu BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş cümə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.

Görüşdə nazir Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə qonağa məlumat verib və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini bildirib. Nazir münaqişənin həllindən sonra regionun inkişafı üçün iqtisadi perspektivlərin mövcud olduğunu qeyd edib.

Görüş zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə edilib. Quterreş Azərbaycan hökuməti tərəfindən qaçqınların durumunun yaxşılaşdırılması üçün mühüm işlərin görüldüyünü qeyd edib. Ali homissar Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən xeyli təəssüratlandığını vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti