...

Azərbaycan Ordusunun kiçik çavuşu şəhid olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 May 2011 10:49 (UTC +04:00)
Mayın 20-də saat 20:00-da Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı düşmən mövqeyindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun kicik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olub.
Azərbaycan Ordusunun kiçik çavuşu şəhid olub

Azərbaycan, Bakı, 21 may /Trend/

Mayın 20-də saat 20:00-da Ağdam rayonunun Şıxlar kəndi yaxınlığındakı düşmən mövqeyindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun kicik çavuşu Məmmədov Rəhman Eldar oğlu şəhid olub. Bu barədə şənbə günü Trend-ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti