...

ATƏT sədri Aİ-nin Cənubi Qafqaz ölkələri ilə danışıqlarını müntəzəm inkişaf etdirməyə çağırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2011 17:05 (UTC +04:00)
Litvanın xarici işlər naziri Audronyus Ajubalis Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin sabit və müntəzəm inkişafı ilə bağlı fikrini ifadə edib . Trend-in məlumatına görə, o, belə bir təşəbbüslə bazar ertəsi Brüsseldə keçirilən Aİ-nin Xarici İşlər Şurasında çıxış edib.
ATƏT sədri Aİ-nin Cənubi Qafqaz ölkələri ilə danışıqlarını müntəzəm inkişaf etdirməyə çağırır

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir Y.Ostapenko/

Litvanın xarici işlər naziri Audronyus Ajubalis Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin sabit və müntəzəm inkişafı ilə bağlı fikrini ifadə edib . Trend-in məlumatına görə, o, belə bir təşəbbüslə bazar ertəsi Brüsseldə keçirilən Aİ-nin Xarici İşlər Şurasında çıxış edib.

" Aİ-nin Cənubi Qafqaz ölkələri ilə əlaqələrini aktivləşdirmək, Azərbaycan və Ermənistanla viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında saziş üzrə danışıqlara başlamaq vacibdir ", - ATƏT-in hazırkı sədri Ajubalis bildirib.

Ötən il iyulun ortalarında Aİ-nin Cənubi Qafqazın üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla assosiasiya haqqında sazişinin imzalanması üzrə danışıqların birinci raundu keçirilib.

Assosiasiya haqqında sazişə dörd istiqamət - siyasi dialoq, o cümlədən təhlükəsizlik, ədliyyə və insan hüquqlarının qorunması məsələləri, iqtisadi və sosial-humanitar və ticarət məsələləri daxildir.

Nazir müsbət nümunə kimi Aİ ilə Gürcüstanın əməkdaşlığını misal çəkib. Həmin əməkdaşlıq çərçivəsində martın 1-də viza rejiminin sadələşdirilməsi və readmissiya haqqında razılaşma əldə olunub . O qeyd edib ki, Aİ və Gürcüstan ilin sonunadək hər şeyi əhatə edən azad ticarət zonası haqqında sazişlə bağlı danışıqlara başlamaq üçün səyləri artırmalıdırlar .

Ajubalis uzunmüddətli perspektivdə Aİ-Gürcüstan əlaqələrinin inkişafının məqsədi kimi vizasız rejimə nail olunmasını göstərib.

Martda Ajubalis ATƏT sədri kimi Cənubi Qafqazın üç ölkəsində - Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub .

Dünən Aİ Şurasında çıxış edərkən o, Aİ nümayəndələri və üzv dövlətləri üçüncü ölkələrdə məlumat və təhlil mübadiləsi məqsədilə daha sıx əməkdaşlığa çağırıb.

" Avropa İttifaqının xarici siyasi fəaliyyətinin mütəşəkkil koordinasiyası dünyada Aİ-nin birliyini sübut edəcək ", - Ajubalis deyib.

Aİ Şurasında Cənubi Qafqaz ölkələrindəki vəziyyətə Aİ diplomatik xidmətinin rəhbəri Ketrin Eşton da toxunub. İttifaq adından o, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən ölüm halları ilə bağlı insidentlərə görə narahatlığını ifadə edib.

İnsidentlər qoşunların təmas xəttində mütəmadi olaraq baş verir. Son hadisə ötən bazar baş verib və iki azərbaycanlı hərbi qulluqçunun həlak olması ilə nəticələnib. İnsident Ermənistan Silahlı Qüvvələri tərəfdən atəşkəs rejiminin pozulması nəticəsində baş verib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti