Azərbaycan Prezidenti İlham Əliyev cümə günü ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Məlumatı Azərbaycan Prezidentinin rəsmi saytı yayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.