...

Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır - ATƏT-in fəaliyyətdə olan sədri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Dekabr 2011 19:41 (UTC +04:00)
Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır.
Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır - ATƏT-in fəaliyyətdə olan sədri

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Uzun sürən münaqişələrin nizamlanmasına istiqamətlənmək lazımdır. Trend-in News.am saytına istinadən verdiyi məlumata görə, bu barədə bazar ertəsi Vilnüsdə keçirilən mətbuat konfransında ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis deyib.

O, altı illik fasilədən sonra Dnestryanı münaqişənin nizamlanması üzrə danışıqların davam etdirilməsi amilini alqışlayıb və bir həftə əvvəl "5+2" formatında baş tutan görüşün vacibliyini qeyd edib.

Ajubalisin sözlərinə görə, bu onu göstərir ki, səbr özünü doğruldur və çoxlarının səyi ilə əldə edilən nəticə irəliyə hərəkət üçün əsas qoyub. Ajubalis bildirib ki, Litvanın ATƏT-ə sədr seçilməsindən etibarən onun tərəfindən fikir irəli sürülüb ki, hətta millimetr irəliləyiş də uğurdur. "Fikrimcə, biz buna nail olmuşuq", - o qeyd edib.

Dekabrın 6-7-də ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası çərçivəsində keçiriləcək qarşıdakı danışıqlara gəlincə, Ajubalisin fikrincə, danışıqlar gərgin olacaq. Eyni zamanda, o, hər hansı bir proqnoz verməkdən çəkinib və yalnız onu qeyd edib ki, danışıqlar olduqca gərgin keçəcək.

İclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə mümkün görüşlərə gəlincə isə Ajubalis deyib ki, hadisələri qabaqlamaq istəmir.

"Hansı görüşlərin, xüsusilə də bu məzmunda görüşlərin olacağı barədə indi danışmaq istəmirəm", - nazir bildirib və bununla da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş haqqında məsələni açıq qoyub.

Ajubalisin sözlərinə görə, ATƏT XİNŞ-in iclasında iştirak etmək üçün Vilnüsə 45 XİN rəhbəri və beynəlxalq təşkilatların nümayəndələri gəliblər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti