Azərbaycan, Bakı, 2 fevral / Trend müxbir M.Əliyev/
Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 1-də saat 22.40-dan 22.43-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, həmçinin fevralın 2-də saat 01.10-dan 01.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.