...

Ağdamda uşaqlar üçün inşa edilən oyun meydançasında top mərmisi tapılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Mart 2012 10:20 (UTC +04:00)
Ağdamda uşaqlar üçün inşa edilən oyun meydançasının ərazisində top mərmisi tapılıb.
Ağdamda uşaqlar üçün inşa edilən oyun meydançasında top mərmisi tapılıb

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir K.Zərbalıyeva/

Ağdamda uşaqlar üçün inşa edilən oyun meydançasının ərazisində top mərmisi tapılıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam rayonunun Əhmədalılar kəndinin mərkəzində uşaqlar üçün inşa edilən oyun meydançasının ərazisində 122 mm-lik top mərmisi tapılıb.

Bu gün ANAMA mütəxəssisləri tərəfindən tapılmış top mərmisinin yerində zərərsizləşdirmə əməliyyatı həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti