...

Elmar Məmmədyarov: Dağlıq Qarabağın statusunun əldə olunması üçün qovulmuş vətəndaşlar ərazilərinə qaytarılmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2012 16:54 (UTC +04:00)
Dağlıq Qarabağın statusunun əldə olunması barədə o vaxt danışmaq olar ki, vətəndaşlar qovulmuş ərazilərinə qaytarılsın.
Elmar Məmmədyarov: Dağlıq Qarabağın statusunun əldə olunması üçün qovulmuş vətəndaşlar ərazilərinə qaytarılmalıdır

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir M.Əliyev/

Dağlıq Qarabağın statusunun əldə olunması barədə o vaxt danışmaq olar ki, qovulmuş vətəndaşlar ərazilərinə qaytarılsın. Trend-in məlumatına görə, bunu bazar ertəsi Avronest Parlament Assambleyasının Siyasi məsələlər, insan haqları və demokratiya komitəsinin iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

Nazir bildirib ki, Azərbaycan torpaqlarının işğal olunması reallıqdır, beynəlxalq hüquq mənasında qəbul olunmuş bir faktdır. İnsanları qovandan sonra onların müqəddəratı haqqında danışmaq olmaz.

Məmmədyarov bildirib ki, vətəndaşları torpaqlarından qovub sonra status barədə danışmaq qeyri-mümkündür.

Çıxışdan sonra Azərbaycan və Ermənistan deputatları Məmmədyarova suallar ünvanlayıblar.

Deputat Qənirə Paşayeva isə nazirə işğal olunmuş torpaqlarda qeyri-qanuni yerləşdirmə ilə bağlı sual ünvanlayıb. Millət vəkili bildirib ki, bu gün Kəlbəcər rayonun işğalı günüdür.

O, sonuncu monitorinq zamanı işğal olunmuş torpaqlara qeyri-qanuni köçürmələrin öz təsdiqini tapdığını və gələcəkdə də belə monitorinqlərin keçirilməsinin mümkünlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti