...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 May 2012 09:35 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir

Azərbaycan, Bakı, 22 may / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 21-də saat 14:20-dən 14:25-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21:45-dən 21:55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23:45-dən 23:50-dək və mayın 22-də 03:10-dan 03:30-dək Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 05:46-dan 06:00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 03:05-dən 03:30-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçuayrım kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti