...

ABŞ-ın nüfuzlu nəşri Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2012 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın nüfuzlu qəzeti olan "The Wall Street Journal" Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc edib.

Trend-in məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilən məqalədə Ağdam rayonunun Çıraxlı kəndinin sakininin də fikirləri yer alıb.

"Bütün dünya görür ki, Azərbaycan günü-gündən güclənir. Biz əminik ki, doğma torpaqlarımızı azad edəcəyimiz vaxt yaxınlaşır", - bunu Çıraxlı kənd sakini Xosrov Şükürov deyib.

Məqalədə qeyd olunur ki, münaqişə tərəfləri münaqişənin həlli istiqamətində danışıqları davam etdirir, lakin Azərbaycanın öz ordu potensialını gücləndirməsi ölkənin münaqişədən qalib çıxmaq şansını artırır.

Məqalə müəllifi Çıraxlı kənd sakinlərinin erməni snayperlərin atəşinə məruz qaldığını və bir neçə sakinin yaralandığını da diqqətə çatdırır.

Xəbər lenti

Xəbər lenti