...

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi intensiv pozulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2012 10:03 (UTC +04:00)
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi intensiv pozulur

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi intensiv pozulur.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır.

Ermənistanın silahlı bölmələri iyunun 11-i saat 08:00-dan bu gün səhər saat 08:00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam ediblər.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti