...

Türkiyə sülhün tərəfdarıdır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını gözləyir - səfir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2012 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Türkiyə bölgədə sülhün tərəfdarıdır və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını gözləyir.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, hazırda erməni diasporu "alovlu" vəziyyətə gətirilib və hədəfdə azərbaycanlı və türk diplomatlarıdır.

Səfir bildirib ki, əsl problem Dağlıq Qarabağ münaqişəsidir və əsas hədəf bu münaqişənin həlli olmalıdır.

"Meşəyə baxıb ağacı görməmək olmaz. Buna görə də hədəfdən yayınmaq olmaz. Tezliklə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq lazımdır. Türkiyə olaraq biz bölgədə sülhün tərəfdarıyıq və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasını gözləyirik", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti