...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Goranboy və Xocavənd istiqamətlərində atəşkəsi pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Sentyabr 2012 09:45 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Goranboy və Xocavənd istiqamətlərində atəşkəsi pozublar

Azərbaycan, Bakı, 26 sentyabr /Trend/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ağdam, Goranboy və Xocavənd istiqamətlərində atəşkəsi pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili və Baş Qərvənd, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti