...

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə status-kvonun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Oktyabr 2012 09:33 (UTC +04:00)
Oktyabrın 27-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə status-kvonun dəyişdirilməsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Oktyabrın 27-də Fransanın paytaxtı Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq bildirilib. Həmçinin, status-kvonun dəyişdirilməsi və münaqişənin həlli prosesində yaranmış durğunluqdan çıxışla bağlı geniş məsləhətləşmələr və müzakirələr aparılıb.

Tərəflər münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirmək əzmində olduqlarını qeyd ediblər.

Eyni zamanda, görüşdə həmsədrlərin noyabr ayının ikinci yarısında regiona nəzərdə tutulmuş səfəri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti