...

ABŞ Dövlət Departamenti Dağlıq Qarabağdakı hava limanı məsələsinin beynəlxalq hüqüq çərçivəsində həllini vacib sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Noyabr 2012 08:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı ilə bağlı məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uyğun diplomatik həllini tapmağa çağırır. Trend-in məlumatına görə, bunu Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland deyib.

Nuland bildirib ki, ATƏT-in Minsk qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat verib.

"Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir. Bəyanatlarda diplomatik həllə çağırış mövcuddur, həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddialara dəstək üçün istifadə oluna
bilməz", - o əlavə edib.

Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ respublikası" hökuməti yanında "mülki aviasiya idarəsi"nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib.

Azərbaycan XİN Xankəndində aeroportun açılmasının Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti