Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir E.Mehdiyev/
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ probleminin həllində irəliləyişin əldə olunmamasından narahatdır. Trend-in məlumatına görə, bu barədə Aİ-nin İrlandiyanın paytaxtında keçirilən ATƏT XİNŞ iclasında səsləndirilən bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Moldova, Gürcüstan və Dağlıq Qarabağda həlli uzanmış münaqişələr ümumi təhlükəsizliyə ciddi təhdidlər yaradır.
"Aİ bu münaqişələrin həllində irəliləyişin olmamasından narahatlığını bildirir və 2015-ci ilə qədər münaqişənin həllinə irəliləyişə nail olmaq üçün səylərin artırılmasını vacib sayır", - bəyanatda deyilir.