...

ABŞ-ın Nyu-Meksiko ştatının Senatı Xocalı soyqırımını tanıyıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Yanvar 2013 19:25 (UTC +04:00)
ABŞ-ın Nyu-Meksiko ştatının Senatı 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlıların qətlə yetirilməsi faktını tanıyıb.
ABŞ-ın Nyu-Meksiko ştatının Senatı Xocalı soyqırımını tanıyıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir E.Mehdiyev/

ABŞ-ın Nyu-Meksiko ştatının Senatı 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlıların qətlə yetirilməsi faktını tanıyıb.

Trend-in məlumatına görə, senator Cerald Ortiz Pino tərəfindən təqdim olunan qərar layihəsi 35 səs lehinə, 7 səs əleyhinə olmaqla qəbul olunub.

Senatorun təqdimatında qeyd olunur ki, fevralın 25-26-da erməni qüvvələri Rusiya qoşunlarının müşayiəti ilə Azərbaycanın Xocalı şəhərini işğal ediblər. Uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla, 600-dən çox günahsız insan öldürülüb, minlərlə adam şikəst edilib, 200 mülki şəxs əsir götürülüb.

Sənəddə vurğulanır ki, çoxsaylı hüquq-müdafiə təşkilatları, KİV və hökumətlər Xocalı qətliamını pisləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti